Soydaşlarımız polyak deputatın yolverilməz hərəkətinə sərt etirazlarını bildiriblər - - FOTO

Soydaşlarımız polyak deputatın yolverilməz hərəkətinə sərt etirazlarını bildiriblər - FOTO

Polşa Azərbaycanlıları Koordinasiya Şurası və Varşavadakı Azərbaycan Evi ölkə seyminə (parlament) etiraz məktubu ilə müraciət edib. Buna səbəb seym deputatı Marta Kubiakın bir aylıq maaşını qondarma və separatçı Dağlıq Qarabağ rejiminə göndərməsi olub.



Azərbaycan və Polşa dostluğunun qədim tarixə malik olduğunu vurğulayan məktub müəllifləri deputat Marta Kubiakın hərəkətlərinin mənəvi baxımdan düzgün olmadığından təəssüfləndiklərini bildiriblər. "Maaşını “Dağlıq Qarabağ”ın separatist, beynəlxalq qanunlarla qəbul edilməyən rejiminə göndərmək və bunu açıq şəkildə elan etmək deputatın əsas missiyası olmamalıdır. Bu, Polşanın Milli qanunlarına və BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT qarşısında qəbul etdiyi öhdəliklərinə ziddir".



Deputatın qeyri-qanuni hərəkətinin və yersiz niyyətinin yalnız Azərbaycan və Polşa arasındakı qarşılıqlı münasibətləri pozmağa xidmət etdiyinə diqqəti cəlb edən soydaşlarımız seym üzvlərini bu hərəkəti pisləməyə çağırıblar. "Yalnız bu cür hərəkətlərin pislənməsi münasibətlərimizin nə qədər güclü və sarsılmaz olduğunu göstərə bilər".
 


Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli və bu ölkədə yaşayan digər soydaşlarımız da Marta Kubiakın şəxsi elektron poçtuna etiraz məktubları göndəriblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !