Pakistan Silahlı QüvvələriAzərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tam dəstəkləyir -

Pakistan Silahlı QüvvələriAzərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tam dəstəkləyir

 Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri, ordu generalı Nadim Raza ilə görüşüb.
Görüşdəregional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Görüş zamanı BQRK-nin sədri iki ölkə arasındakı qardaşlıq əlaqələrinin möhkəm təməllər üzərində qurulmasından bəhs edərək, Pakistan Silahlı Qüvvələrinin BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamələrə uyğun olaraqAzərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tam dəstəklədiyini bildirib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !