Koronavirusa qarşı Peyvənddən daha effektli silah - - MASKA

Koronavirusa qarşı Peyvənddən daha effektli silah - MASKA

 Qoruyucu maska koronavirusa qarşı peyvənddən daha effektivdir.

Publika.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild iddia edib.

Konqresin iclasında çıxış edən Redfild maskanın koronavirusa yoluxmaya qarşı işə yaradığının dəqiq sübutları olduğunu bildirib.

Peyvəndin hər kəsdə eyni səviyyədə müdafiə mexanizmi yaratmadığını qeyd edən direktor maskanın peyvənddən daha zəmanətli olduğunu vurğulayıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !