Gülağa Tənha - Qonşusu da qonşu ola

Gülağa Tənha Qonşusu da qonşu ola

Xeyriyyəçi-şair Gülağa Tənhanın qürbətdə olarkən Vətənə həsr etdiyi şeiri təqdim edirik!

 

 

 

GÖNDƏR AZƏRBAYCANI

 

Dostum zəng elədi, soruşdu məndən:
– Söylə nə göndərim sənə Vətəndən?
Dedim ki, cənnətə dönsə bu məkan,
Kiminə ocaqdı, mənə qürbətdi.
Vətəndən uzaqda məni yaşadan
Yurda məhəbbətdi.
İstərəm elimin Günəşini mən,
İsitsin hər zaman mərd ürəyimi.
İstərəm dağların saf havasını,
Yuyum, təmizləyim hər diləyimi.
Göndər obamızın şah palıdını,
Göylərə baş çəkən xan çinarını,
Bu qürbət diyarda dayağım olsun.
Göndər aşıqların telli sazını,
Evimə xoş səsi, sədası dolsun...
Saydıqca qurtarmaz istəyim, kamım,
Ana Vətənimin bənzəri hanı?
Ey dosdum, göndərə bilirsən əgər,
Göndər bu diyara Azərbaycanı!


Gülağa Tənha (Qənbərov) Moskva, 28.12.1989





IV hissə

 

Müharibənin 14 – ci günü. Dünən gecə saat 03:30 dan hələ xeyli sonra mətbuatda belə yazdılar:

Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.

 

Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edib.

 

Görüş 10 saat davam etsə də sosial şəbəkədə xeyli sayda insanlar, maraqla, müzakirənin nəticələrini gözləyirdi. Rusiya media işçilərinin çoxu qapının arxasında gözləməkdən bezib çıxıb getmişdilər. Danışıqlar əsas humanitar atəşkəsin olması, həlak olanlarının cəsədlərinin və ya əsir düşənlərin dəyişdirilməsi məsələsi üzrə aparılırdı. Yəni bu bizə məlum olan tərəfdir, Beynəlxalq Qırmızı Xaç Kömitəsi gördüyü işinin gedişatında bəlli olacaq ki, atəşkəs neçə gün davam edəcəkdir. Azərbaycan tərəf, yəni biz, dayanmağın əlehinəyik, çünki bu prosesdə Ermənistan güc toplaya bilər və yenə də atəşkəsi pozaraq döyüşçülərimizi sadə dillə desək, hiddətləndirə bilər. Ən ağıllı variant isə, bütün Ermənistanın bu müharibəyə stop deyərək, Qarabağdan çıxıbı getməyini, bəyan etməsi olardı. Axı uduzmağı da bacarmaq özü bir hünər tələb edir, o da çox təəssüf ki, bizim düşmənlərimizdə yoxdur. Cənab Prezident İlham Əliyevin dediyi şərtlərdə, ermənilər torpaqlarımızdan tərk etmə tarixini qərar verdiklərində, əminik, inkişam etmiş və etməkdə olan dünya ölkələri, ayağa durub onları alqışlayacaq. Əsas məsələ odur ki, erməni əhalisi də buna sevinəcək. Bir məsələ qalır o da, hakimyyətdə olanların bir biri ilə razılığa gəlməsi. Gəlməsələr belə, gedişat onu göstərir ki, Ermənistanın iqtisadiyyat tərəfdən çöküşü digər gərginliklərinin artmasına təkan verəcəkdir. Odur ki, qonşu ölkə olaraq, qonşuya “Ziyanın yarısından qayıtmaq da xeyirdir!” – atalar məsəlini xatırladırıq. Ama gərək adamın qonşusu da bir qonşu ola, söz deyəndə başa düşə...

 

p.s: Qırmızı Xaç Kəmitəsinin rahat iş görməsi üçün təyin olunmuş atəşkəsi erməni xisləti özünə məxsus şəkildə pozmaqda davam edir...

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #dost  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !