Humanitar atəşkəsin nə olduğunu anlamaq üçün... - - Seymur Şahbazzadə yazır

Humanitar atəşkəsin nə olduğunu anlamaq üçün... - Seymur Şahbazzadə yazır

 Humanitar atəşkəsin nə olduğunu anlamaq üçün özünü 14 gündür ara vermədən döyüşən əsgər-zabitlərimizin bəzən onlardan günlərlə xəbərsiz olan ailələrinin yerinə qoymaq lazımdır. Bu, bir.
İkincisi, humanitar atəşkəsə yox demək olmazdı zatən. İnsanlığımızı itirsək, nəinki Azərbaycan torpağında - yer üzündə gəzmək bizə haram olar.
Üçüncüsü, humanitar atəşkəs uzun sürə bilməz və nə qədər sürsə belə, arası kəsilmədən görülən başqa hərbi tədbirlər var.
Odur ki, başınızı dik tutun - müqəddəs davamız davam edir!
Yazşı olar ki,
öz ağızları isti yerdə, öz balaları təhlükəsizlikdə olanların hərbi-vətənpərvərlik püskürmələri də bir az kəssin;
27 il ərzində yurdunu geri qaytarmaq üçün siyasi mücadilə belə aparmağa hünəri olmayan çayxana, mikrofon və klaviatura qəhrəmanlarının hərbə-zorbaları da bir az kəssin;
Qərbə, Türkiyə, İran və Rusiyaya nifrət və məhəbbətləri sanki özləriylə bir doğulanların gicləmələri də bir az kəssin.
Bir az da ağıllı təhlil eşidək, sağlam tənqid eşidək, soyuqqanlı münasibət eşidək.
Bu günlər igidlərimiz bizə "Vətəni necə sevərlər?" dərsi keçdi. Vətəni aşıq kimi sevməzlər - Vətəni əsgər kimi sevərlər. Hər halda çox vaxt və hər halda indi!
Geriyə yolumuz yoxdur. Ya qələbə, ya... yenə qələbə! Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın.
Diqqət - cəbhəyə, məhəbbət - Azərbaycan əsgərinə, nifrət - işğalçıya!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !