Bu günün (11 oktyabr) XRONİKASI - - CƏBHƏ XƏBƏRLƏRİ

Bu günün (11 oktyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ

 =======================================

MƏLUMAT  10 - 17:31

https://youtu.be/mPwU_QwIls4

 

 

İşğaldan azad olunan Suqovuşan kəndindən yeni videogörüntülər - VİDEO

 

 =======================================

MƏLUMAT  9 - 17:31

 Ermənistan ordusuna məxsus “KUB” zenit-raket kompleksi məhv edilib

 =======================================

MƏLUMAT  8 - 16:31

Youtube linki: https://youtu.be/Knk5q-CDTfA

 

Cəbrayıl rayonunun işğaldan azad olunan Daşkəsən kəndinin videogörüntüsü - VİDEO 

 

 

 =======================================

MƏLUMAT  7 - 16:18

Azərbaycan Müdafiə Nazirliyi: “Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib”

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.
Xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.

 

 =======================================

MƏLUMAT  6 - 14:03

Youtube linki: https://youtu.be/i2iWaZtV4t4

 

Bu gün səhər saatlarında Mingəçevir istiqamətində Ermənistana məxsus PUA-nın HHM bölmələrimiz tərəfindən məhv edilməsi anı - VİDEO

 

 =======================================

MƏLUMAT  5 - 13:37

Gecə ərzində düşmənə atəş zərbələri endirilib

Oktyabrın 10-dan 11-ə keçən gecə bütün cəbhəboyu vəziyyət gərgin sabit olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb.

=======================================

MƏLUMAT   4 - 10:23

Düşmənin qüvvə və vasitələri məhv edilib

Oktyabrın 10-dan 11-nə keçən gecə itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri bölmələrimiz tərəfindən məhv edilib.

 

Video linki:

https://www.youtube.com/watch?v=uUFy7BHWaHM&feature=youtu.be

 

 

 =======================================

MƏLUMAT 3 - 09:32

Ermənistana məxsus növbəti PUA məhv edilib

 

Oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

 

 =======================================

MƏLUMAT 2 - 03:32

Gəncə şəhəri növbəti dəfə atəşə tutulur

 

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutur.

 

 =======================================

MƏLUMAT 1 - 02:11

Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparır”

 

Ermənistan tərəfinin Azərbaycan hərbçilərinin Hadrutda dinc sakinləri – qadın və onun əlil oğlunu guya qətlə yetirmələri barədə yaydığı xəbər əsassızdır, heç bir fakta söykənmir və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədini güdür.

Birincisi, Ermənistan tərəfi hələ də Hadrutun itirilməsi və onun Azərbaycan nəzarətinə keçməsi fikri ilə heç cür barışa bilmir. Gün ərzində Hadrut ilə əlaqədar ziddiyyətli məlumatlar yaymaqla isə Ermənistan tərəfi öz əhalisini bu mövzu ilə bağlı çaşqınlıq içində saxlayır.

İkincisi, nədənsə həmişə “dəqiqliyə” və “incə məqamlara” fikir verən Ermənistan bu dəfə “qətlə yetirilən” şəxslərin ad və soyadlarını geniş ictimaiyyətə açıqlamır. Tam əminliklə bildirmək olar ki, ad və soyadlar ya qəsdən unudulur, ya da ümumiyyətlə bu cür şəxslər və hadisə olmadığı üçün onu uydurmaq lazım gəlir.

Üçüncüsü, erməni xalqından daim “iztirab çəkən” obrazı formalaşdırmağa çalışan Ermənistan, bu dəfə də “incidilmişlər” rolunu yenə də qadın və onun əlil oğluna həvalə edir.

Bir daha bildiririk ki, Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparır.

 

=======================================

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !