Atəşkəsə getməyi Azərbaycanın məğlubiyyəti kimi təqdim edən qüvvələr var -

“Atəşkəsə getməyi Azərbaycanın məğlubiyyəti kimi təqdim edən qüvvələr var”

"İndiki müharibə dövründə mediamızın üzərinə əlavə məsuliyyətlər düşür. Humanitar atəşkəs dövründə sosial şəbəkələrdə cəmiyyətin ağlını qarışdıran bəzi təxribat formalı informasiyalar yayılır. Atəşkəsə getməyi Azərbaycanın məğlubiyyəti kimi təqdim edən qüvvələr var. Azərbaycan mediasının üzərinə düşən əsas məsuliyyət hadisələrlə bağlı doğru, düzgün informasiya çatdırmaqdır. İctimai rəyi düzgün tutmaq lazımdır".
Bu fikirləri Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli deyib.
O bildirib ki, prinsip etibarı ilə Azərbaycan mediasına hansısa məhdudiyyət qoyulmayıb:
"Azərbaycan mediası cəmiyyəti maraqlandıran istənilən hadisə barədə məlumat verir və bu məlumatda sərbəstlikdir. Azərbaycan mediasının üzərinə düşən əsas məsələ həm müharibə ilə bağlı, həm də atəşkəslə bağlı cəmiyyətə düzgün informasiya verməkdir".
M.Ələsgərli bildirib ki, atəşkəs Azərbaycan diplomatiyasının böyük uğurudur:
"Ermənipərəst qüvvələr diplomatik güclərini vahid mərkəzdə birləşdirib Azərbaycana qarşı vahid cəbhə yaratmaq istəyirdilər. Azərbaycan Prezidenti bu görüşlərə Moskva danışıqlarını qatmaqla düşmənin diplomatik cəbhəsini darmadağın etmiş oldu. Qeyd etdiyim kimi, Azərbaycan mediası da buna dəstək olaraq, indiki dövrdə Azərbaycan xalqının, dövlətinin yanında olmalı, informasiyanı düzgün formada yaymalıdır”.
Mehri Qurban modern.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !