Gülağa Tənha: - QARABAĞ AZƏRBAYCANDIR!

Gülağa Tənha: QARABAĞ AZƏRBAYCANDIR!

 27 sentyabr tarixindən başlayaraqAzərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən Ermənistan cəlladları yalnız hərbi mövqelərimizə deyil, Azərbaycanın mülki əhalisinə də ağır texnika və artilleriya vasitələrindən atəş açaraq növbəti hərbi cinayətə əl atdı.

Ermənistan 30 ildir ki, Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətini davam etdirir. Bu ölkənin əvvəlki hökumətləri kimi, indiki rəhbərləri də danışıqların bütün imkanlarından sui-istifadə edərək işğala əsaslanan status-kvonu gücləndirmək üçün daim müxtəlif mexanizmlərdən istifadə etməyə çalışır. Son illərdə rəsmi İrəvandaha irəli gedərək ardıcıl olaraq "Qarabağ Ermənistandır" kimi sərsəm açıqlamlar verir. Belə “açıqlamalar” onların silahlı təxribatlarında, hətta bu ilin iyul və avqust aylarında baş verən təxribatlarda da özünü büruzə verdi və nəticədə, danışıqların aparılması üçün bütün mümkün imkanları məhv etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün mötəbər beynəlxalq kürsülərdən Ermənistan rəhbərliyinin çirkin və təxribatçı siyasətini konkret faktlarla ifşa etmişdir. Dövlətimizin rəhbəri işğalçı qüvvələrin tarixən ərazilərimizdə həyata keçirdiyi separatizm siyasəti yürüdülməsində, regionda gərginliyin artmasında bilavasitə Ermənistanın rolunun olduğunu bildirmiş, Qarabağın Azərbaycan torpağı olduğunu dünya ictimaiyyətinə bəyan etmişdir.
Təəssüf ki, Ermənistanın dağıdıcı hərəkətləri, qeyri-konstruktiv mövqeyi ucbatından uzunmüddətdir davam edən danışıqlar prosesi gözlənilən nəticəni vermədi. İrəvan beynəlxalq birliyin rəyini nəzərə almadı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymadı. Üstəlik, bu təcavüzkar ölkə davamlı olaraq silahlı təxribata əl atdı və mülki şəxsləri hədəf almaqla Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozdu.
On gündən artıqdır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün işğalçı qüvvələrlə mübarizə aparır. Əsgərlərimiz düşmənə sarsıdıcı zərbələr endirirlər. Qürurvericidir ki, şanlı Ordumuzun rəşadəti böyük uğurların qazanılmasına vəsilə olmuş, artıq Cəbrayıl şəhəri, neçə-neçə kəndlərimiz, strateji yüksəkliklər işğaldan azad edilmişdir.
Ermənistanın hüquq tanımayan və işğalçı davranışının son nümunəsi Gəncə, Mingəçevir, Tovuz, Tərtər, Bərdə şəhərlərini yanaşı, digər ərazilərimizi raket atəşləinə tutması oldu. Ermәnistanın mülki vәtәndaşları hәdәfə alması insanlığa qarşı törәdilmiş bәşәri cinayәtdir. Uşaq, qadın, qoca demədən Xocalı qətliamını törədən Ermənistan 30 il öncə necə idisə, bu gün də öz xislətini dəyişməmişdir. Ermənistan bu təxribatlarla regionda sülh və sabitliyin bərqərar olunmasına bir daha əngəl olduğunu sübuta yetirdi. Ermənistanın insanlığa qarşı daha artıq günah işlətməməsi üçün işğal etdiyi torpaqları dərhal boşaltmalı, terror qrupları ilə əməkdaşlığa son qoymalı, bölgəyə gətirdiyi muzdlu hərbçiləri, terrorçuları qısa müddətdə bölgədən çıxarmalıdır. 30 il boyu işğalı sükutla izləyənlər, Azərbaycana qarşı ikili standartlar tətbiq edən bir sıra beynəlxalq təşkilatlar Ermənistanın riyakar simasını görməli və işğal edilən torpaqların həqiqi sahiblərinə verilməsi üçün sözdə deyil, əməli fəaliyyətə keçməlidirlər.
Bu gün bütün cəmiyyətimizdə böyük ruh yüksəkliyi mövcuddur. Bu gün yeni bir tarix – xalqımızın və dövlətimizin şanlı tarixi yazılır. Bu gün biz tarixi ədaləti bərpa edirik, çünki Qarabağ tarixi torpağımızdır. Bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Şanlı Ordumuza şərəfli və haqlı mübarizəsində uğur vəzəfər arzu edirəm
Torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanmağı, ərazi bütövlüyümüzü qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi özlərinə şərəfli peşə hesab edən, Vətəni göz bəbəyi kimi qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu həmvətənlərimiz də dərk edirlər., Ürəyində VƏTƏN eşqi olan bir azərbaycanlı iş adami kimi , vaxtılə Ulu Öndərin cağırışı ilə , 90 illərin əvvəllərinə olduğu kimi, indi də mən Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün, erməni işğalçılarına qarşı mübarizəyə hər zaman hazıram.
Bu gün kimliyindən asılı olmayaraq hər bir kəs dövlətinin uğurları üçün çalışır, cəbhədə döyüşən məğrur və qorxmaz əsgərlərimizə mənəvi dəstəyini ifadə edir, haqq mübarizəmizi bütün dünyaya çatdırmaq üçün misilsiz fədakarlıq nümayiş etdirir.

Qarabağ Azərbaycandır!

Gülağa Tənha - xeyriyyəçi iş adamı

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !