Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi akademik Vasim Məmmədəliyevin məzarını ziyarət edib - - FOTO

Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi akademik Vasim Məmmədəliyevin məzarını ziyarət edib - FOTO

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi dünyaşöhrətli şərqşünas və ilahiyyatçı alim, Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, “Şərəf” və “Şöhrət” ordenli, akademik Vasim Məmmədəliyevin vəfatının ildönümü ilə əlaqədar məzarını ziyarət edib, böyük alimin xatirəsini yad ediblər.


Aİİ-nin rektoru Aqil Şirinov akademiklə bağlı xatirələrini bölüşüb. Onun yüksək insani keyfiyyətlərindən, zəngin mənəviyyatından, elmdəki misilsiz xidmətlərindən bəhs edib, tələbələrinin böyük alimin məktəbini uğurla davam etdirdiklərini bildirib. V.Məmmədəliyevin İslam dəyərlərimizin təbliğ və təşviqində böyük xidmətləri olduğunu qeyd edən A.Şirinov alimin özündən sonra nəhəng bir məktəb qoyub getdiyini bildirib. Aİİ rektoru Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsində Vasim Məmmədəliyevin rəhbərliyi ilə savadlı, yüksək əxlaqi keyfiyyətlərə malik kadrların yetişdiyini diqqətə çatdırıb.


Alimin bizim üçün dəyərli əsərlər qoyub getdiyini bildirən rektor qeyd edib ki, o, sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.


Ziyarətçilər alimin məzarı önünə gül dəstələri qoyub və ruhuna dualar oxuyublar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !