Bakıda şok cinayət: "Ərim gəlir, hamama gir..." -

Bakıda şok cinayət: "Ərim gəlir, hamama gir..."

Bakıda tanışını bıçaqlamaqda ittiham olunan 2002-ci il təvəllüdlü Məhəmmədəli Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
O, Binəqədi rayonundakı qaçqınlar binasına, sevgi münasibətlərində olduğu Fatimənin ailəsi ilə birlikdə yaşadığı ünvansız fərdi mənzilə gəlib.
Bu zaman Fatimənin əri İlqar Orucov işdən qayıdıb və Məhəmmədəlini evində görüb. Onlar mübahisə ediblər. Nəticədə Məhəmmədəli özündə olan bıçaqla İlqar Orucovu vurub. Vaxtında tibbi yardım göstərildiyi üçün İlqar Orucovun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Məhəmmədəli Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
"Cinsi azlıqlarla danışır...”
Təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmmədəli Məmmədzadə özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O, qeyd edib ki, Fatimə ilə təxminən 2019-cu ilin avqust ayında İnstaqram sosial şəbəkəsində tanış olublar: “Əvvəlcə mənə ismarıc yazdı, daha sonra danışdıq. Beləliklə, aramızda münasibət yarandı.
Fatimənin iki azyaşlı övladı, İlqar adlı həyat yoldaşı olduğunu bildim. Mənə bildirdiyinə görə, əriylə münasibətləri yaxşı deyildi. O, mənə həyat yoldaşı İlqarın digər qadınlarla və cinsi azlıqlarla danışdığını, ona maraq göstərmədiyini dedi”.
“Azyaşlı uşaqları evdə olub”
Təqsirləndirilən şəxs qeyd edib ki, Fatiməninevində 3 dəfə görüşüblər: “Birinci dəfə 2019-cu ilin sentyabr ayında, ikinci dəfə isə 2019-cu ilin oktyabr ayında görüşdük. Hər ikisində İlqar evdə yox idi, yalnız azyaşlı uşaqlar evdəydi.
Hadisə baş verən gün saat təxminən 20.00-da Fatimə mənə ismarıc yazaraq əri İlqarın gecə evdə olmayacağını söyləyib, onlara gəlməyimi istədi. Təxminən saat 23.30-da Fatiməgilin evinə getdim.
Həmin vaxt uşaqlar yatmışdı. Fatimə ilə gecə iki dəfə cinsi əlaqədə oldum, sonra yatdıq”.
“Hamamda məni gördü”
Məhəmmədəli Məmmədzadənin sözlərinə görə, saat təxminən 05.30-da yatarkən İlqar Fatiməyə zəng edib, yarım saata evdə olacağını bildirib: “Mən dərhal hazırlaşaraq evi tərk etməyə tələsdim. Təxminən 10 dəqiqə sonra qapının girişində çıxmağa hazırlaşarkən qapı döyüldü. Fatimə hamam otağına keçməyimi bildirdi.
Hamam otağına keçib, qapını bağladım. İlqar mənzilə daxil oldu, Fatimə ona hamama keçmədən yatmasını söylədi. İlqar bundan şübhələndi, hamam otağının qapısını açdıqda məni gördü”.
“Valideynlərini çağıracağını dedi”
Məhəmmədəli Məmmədzadənin ifadəsinə görə, İlqar ondan kim olduğunu soruşub: “Mənsə İlqara salam verdim... O, əl-qol ataraq məni polisə verəcəyini dedi. Mən də ona “verirsən ver” dedim.
İlqar mobil nömrəmi götürməklə kifayətlənmədi, Fatimənin atasını və qardaşını da ora çağıracağını söylədi. İlqara buna ehtiyac olmadığını bildirdim. Qarşılıqlı şəkildə yumruqlaşaraq, hamam otağından çölə çıxdıq. Çölə çıxdıqda İlqar Fatiməyə yumruq və təpiklə xəsarət yetirdi.
Qapıdan eşiyə çıxmaq istəyəndə İlqar qolumdan tutaraq məni içəri çəkdi, Fatimənin valideynlərini çağıracağı ilə hədələdi”.
“Həmin evdən qaçdım”
Təqsirləndirilən şəxs deyib ki, İlqardan qorxub, oradan getmək üçün cibindən bıçaq çıxararaq ona bir neçə zərbə endirib: “Lakin İlqar əlimdəki bıçağı tutaraq məni mətbəxə saldı. Ona məni buraxmasını, getmək istədiyimi dedim. O isə məni buraxmayacağını bildirdi.
Vəziyyəti belə görəndə yenidən mətbəxdən bıçaq götürdüm və İlqara bir dəfə zərbə endirdim. Bundan sonra İlqar məni buraxdı və dərhal həmin evdən qaçdım.
Evdən çıxarkən əlimdəki ikinci dəfə istifadə etdiyim bıçağı Fatiməyə verdim. Öz bıçağımı isə xatırlamadığım yerə atdım. Sonra binanın yanından uzaqlaşdım”.
“Bacım zəng edərək problem olduğunu bildirdi”
Məhəmmədəli Məmmədzadənin sözlərinə görə, bir müddət gəzdikdən sonra dostları Fərid və Camal Məmmədova zəng edib, hadisə barədə onlara məlumat verib: “Təxminən bir saat sonra dostlarım mənim yanıma, Biləcəri qəsəbəsinə gəldilər. Birlikdə Camalgilin Montin qəsəbəsindəki evlərinə getdik. Paltarlarımı orada dəyişdim, təxminən bir saat yatdıqdan sonra Biləcəri qəsəbəsinə qayıtdım.
Orada çay evində çay içərkən təxminən saat 20.00-da bacım zəng edərək evə gəlməyimi, problem olduğunu bildirdi. 10 dəqiqə sonra evə gəldim, polis əməkdaşları məni tutaraq polis bölməsinə apardılar”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu söyləyib. O, tələbə olduğunu söyləyib, gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmmədəli Məmmədzadə 2 il 4 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.
Müəllif: Hacı Zeynalov teleqraf.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !