Gülağa Tənha - "Daş yağar" şeir və müharibənin 18 - ci günü

Gülağa Tənha "Daş yağar" şeir və müharibənin 18 - ci günü


Xeyriyyəçi – şair Gülağa Tənhanın ədaləti səsləyən şeirlərindən birini təqdim edirik. Eyni zamanda “Vətən” müraribəsi başlayandan vətənpərvər şeirlərlə birlikdə şərhlərimizi də qeyd etməyə davam edirik! Qələbə bizimlədir!

 

 

 

Gülağa Tənha " Daş yağar "

 

Vay o günə, xeyirxahlıq suç ola,
Xalqa bağlı arzu-istək puç ola,
Ləyaqətsiz pillə-pillə ucala,
Daş ələnər, göydən yerə daş yağar.

Qamçısız da at oynadır dolu cib,
Yollar yorur yamac aşıb, dağ keçib,
Nəcibləri sındırırsa nanəcib,
Daş ələnər, göydən yerə daş yağar.

Vay o günə, kar olalar hayına,
Kar olanlar haram qata payına…
Mərd bezikib mərdliyindən yayına,
Daş ələnər, göydən yerə daş yağar.

Od-ocağım közdən ayrı düşərsə,
Canım çiçək düzdən ayrı düşərsə,
Bir gün Tənha sözdən ayrı düşərsə,
Daş ələnər, göydən yerə daş yağar!

 

 

 

 

 

 

 

14.10.2020.

Müharibənin 18 – ci günüdür!

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

 

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə xalqa müraciət edərək: “Biz anlamalıyıq ki, çox ağır vəziyyət yaranıb. Mən bunu sizə həqiqəti çatdırmaq üçün deyirəm”, - deyə, baş əyib. Elif Şafak da bu arada Azərbaycanda satılan kitablarıının qadağası qoyulmasına nail olub. Səbəb “Twitter” hesabında paylaşdığı şərhdir. Fotoda bir qədər dağılmış kilsənin içində ifa edən müsiqinçinin görüntüsü və barış üçün ifa edilən musiqidir güya. Görünür erməni xisləti ilə o qədər də tanış olmayan yazıçı, hansı eyforiyaya qapılıb nə yazdığının fərqində deyil! Faciə bilirsiz nədir? O boyda “Eşq” romanı yazsa da görünür Şəmsi Təbrizini kim və əslən hansı kökəndən olduğunun bilmir. Bilsəydi əsərinin qəhranı və tarixi şəxsiyyətə görə Azərbaycana hörmət edərdi. Zamanı var hələ, bəlkə üzür istədi, istəsə o zaman ermənilərin növbəti xahişi ilə paylaşılan status olduğu məlum olacaq. Ən azından biz belə belə düşünməyə çalışacağıq: təəssüf hissimizin üstünü örtmək üçün. Yeri gəlmişkən deyək: düşmən dünyada tanınmış insanlardan xahiş edir onların hazırladığı paylaşımları öz səhifələrində paylaşsınlar. Yəni bu bunlar dərəcədə fəaliyyət göstərirlər. Paylaşanlar da bəlkə də üzə düşüb, əl çəksinlər deyə paylaşırlar. Yoxsa Elton Conun nəyinə lazım idi, dünyada pərt olub, sonradan Azərbaycan xalqından üzür istəsin?! Qaydasınz döyüş meydanında tanınan, döyüşçü qadın Rondanı yenə başa düşmək olar, çünki onun təlimatçısı ermənidir. Allah bilir olmazın hansı uydurmalarıyla qadının beynini doldurub. Buna baxmayaraq, bizimkilər sosial şəbəkədə mütamadi ona həqiqəti əks etdirən statuslar yazırlar. Bu kimi çox məsəllər çəkmək olar, media üzrə gedən döyüşdə də xalqımız birlik və rəşadət göstərir. Yetər ki, hər şey elm və əxlaq çərçivəsində olsun. Çünki qanlı döyüşdə yağışdan sonra torpaq yuyulur, mediada deyilən hər bir kəlmə isə tarixin yaddaşına silinməz olaraq yazılır.

 

 

 

 


#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ #şeir #sheir

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !