Azərişıq Rus Borisi kəndində yenidənqurma işlərinə start verib - (VİDEO-FOTO)

“Azərişıq” Rus Borisi kəndində yenidənqurma işlərinə start verib (VİDEO-FOTO)

“Azərişıq” ASC Goranboy EŞ–nin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.


İlk dəfə 1949- cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal- materal göndərilib.


Rus Borisi kəndi 2004 –cü ildə quraşdırılan  35/10 kV-lıq Gülüstan y/st – dan qidalanır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !