Gülağa Tənha - Vətən çağırır səni

Gülağa Tənha Vətən çağırır səni

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Vətən çağırır səni” şeirini təqdim edirik! Müharibənin 21 – ci günü.

 

 

 

VƏTƏN ÇAĞIRIR SƏNİ

 


Döyüşlərdə qardaşı
Şəhid olan qardaşım,
Bahar buludu kimi
Hər an dolan qardaşım!
Vətən sevgindən doğan
Qeyrətindi silahın,
Xəlil Rza demişkən,
Nifrətindi silahın.
Səni, şəhid qardaşı,
Yağı tapdağı altda
Qalan torpaq çağırır.
Düşmənin nəfəsindən
Donan bulaq çağırır.
Yiyəsi şəhid olan
Neçə yaraq çağırır.
Sərhəddə dalğalanan
Qanlı bayraq çağırır.
Vətən çağırır səni,
Çatıbdı qisas dəmi!
Sən şəhid qardaşısan,
Döyüş şəhidlər təki,
Qayıt qazilər kimi!

 

 

 

 

 

 

 

Müharibənin 21 – ci günü!

 

Torpaq mükafat kimidir, layiq olana verilir!

 

          Dünən gecə yenə 16 – sından 17 oktyabra keçən gecə saat 01:00 da Gəncəyə yenidən raket atıldı. Bu hadisədən xəbərdar olanlar bütün gecəni Gəncə ilə birlikdə yatmadı. İlk olaraq orada ezamiyyətdə olan türk jurnalistləri özlərini hadisə yerinə çatdırıb canlı yayıma qoşuldular daha sonra yerli televiziya kanallarımız da özlərini çatdırıb xəbəri canlı verməyə başladılar. Görünən ümumi mənzərə çox ağır və tükürpədici idi. 20 yaşayış evi dağıtılıb, nəticədə 13 nəfər dünyasını dəyişib, 40 nəfər isə ağır yaralanıb. Türk jurnalist qızın gərginlik keçirərək ölənlərin içində körpələrin olduğunu da bildirdi. Səhərə yaxın, arıd-arası kəsilməyən xəbərlərin buraxılışında məlum oldu ki, bir qədər sonra Prezident çıxış edəcək. Hamı səbirsizliklə cənab İlham Əliyevin hansı qərar, hansı fikir söyləyəcəyini gözləyirdi. Beləliklə, olmuş hadisəyə münasibət bildirərək bizim qələbəyə gedən iradəmizi heç kim sarsıda bilməz fikri, ürəyimizi rahatladı. Bəli biz də elə düşünürük, bu müharibədir və “düşmən, balaca uşaq kimi gücü çatmadığından daş atır” təsvirini əks etdirir. Çox təəssüf ki bu daş bizim dinc sakinlərimizə dəyir və xəsarət yetirir. Ali Başa Komandan məqsədini bir daha açıqladı və çıxışından düşmənləri agah elədi ki, sizin provakasiyanıza gedən deyilik. Biz sivil adamlarla işimiz yoxdur və sizin cavabınızı döyüş meydanında verəcəyik. Bu fikirlə aydın şəkildə olduğumuz müstəvini göstərdi. Daha sonra isə qəlblərə bir qədər məlhəm olan şad xəbəri Azərbaycan xalqına çatdırdı. “Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi!” ( Eyni zamanda Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri ) Bəli bu gün tarixin yaddaşına kədərdə-sevinc, qarada-ağ kimi yazıldı. Xatırlayıram məktəb vaxtı Füzulidən, Ağdamdan olan sinif yoldaşlarımızla o məkanlar haqqında saatlarla danışıb, nə vaxtsa o yerlərə gedib, görəcəyik kmi xəyallar qururduq. Bəzi böyüklərimiz belə, xüsusın də Qarabağlılar əllərini o torpaqdan üzmüşdülər. Şükür bugünə! Zəng eləyib təbrik edəndə o günləri bir anlıq xatırlayıb onun timsalında bütün sakinləri də təbrik elədik. Bundan sonra mütləq o yerlərin, hər bir qarışının qədrini bilək. Çünki torpaq mükafat kimidir, layiq olana verilir! Ən başlıcası da Azərbaycan xalqına edilənləri heç vaxt unutmayaq!

 

Hə, günün növbəti əsas məsələsi Xocalıda əlacsız insanlarımızın başına açdığı oyuna görə İravanda rəğbətlə qarşılanan Rüstəm Qosparyandır. Bu dəfə isə İravan onun lənətlənmiş yarı canını qarşıladı. Hansı ki, özü ilə Xankəndində döyüşən 29 yaşlı oğlu bumeranq olaraq gözləri qarşısında can verdi. Daha sonra Xocalıda insanlıqdan uzaq törəddiyi cinayətləri törətməyə gəldiyi ayaqlarını itirdi. Çox güman ki, bu az bir vaxt araxında o, ağrı acılar içində bütün səhvlərini gözü qarşısından keçirtdi və etdiklərinin cavabını verməyə getmədən əvvəl həyatın ondan aldığı qisası dərk etdi. Çox təəssüf ki, insanların çoxu ən elementar həqiqətləri çox qec başadüşür. Necə ki, Ermənistan... Axı hər bir ölkə də canlı orqanizimdir...

 

Azərbaycan bu gün dünyaya insanlıq dərsi keçir. Müharibə etsə də özündəki əxlaqı, insanlığı qoruyur, inkişaf etmiş ölkələrə eləcə də düşmənə tükənməz iradə sahibi olduğumuzu əks etdirir. Əlbəttə, Qarabağ Azərbaycanındır! Xatırlatmaq üçün yazırıq: Qələbəyə qədər boşalmaq olmaz!

 

 

 

17.10.2020

 

 

 



#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !