Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Gəncə şəhərində olub və Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib -

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Gəncə şəhərində olub və Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib

V.Əhmədova hadisənin şəhərin elektrik enerjisi təsərrüfatına dəymiş ziyan barədə ətraflı məlumat verilib. Sədr isə öz növbəsində dəymiş ziyanın nəticələrinin tez bir zamanda aradan qaldırılmasını üçün ərazidə işləyən "Azərişıq" əməkdaşlarına tapşırıq və tövsiyələrini verib.


Həmçinin bildirilib ki, ərazini 24 saat fasiləsiz  keyfiyyətli elektrik enerjisi təchiz etmək üçün əraziyə yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur.


Qeyd edək ki, hadisə yerində Vüqar Əhmədovla birgə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də olub.


Xatırladaq ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !