- 647 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

647 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZpress.AZ-a verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 44 min 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 037 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 301 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 228 min 024 test aparılıb. Bugünkü test sayı isə 9 089-dur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !