Bu günün (23 oktyabr) XRONİKASI - - CƏBHƏ XƏBƏRLƏRİ

Bu günün (23 oktyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ

 ======================================

MƏLUMAT  12 - (23:50)

 Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib - VİDEO

 =======================================

MƏLUMAT  11 - (23:26)

Cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələri və döyüş texnikalarının məhv edilməsi – VİDEO

 

   =======================================

MƏLUMAT  10 - (22:58)

Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir"

Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır.

Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.

 =======================================

MƏLUMAT  9 - (22:35)

Azərbaycan Müdafiə Nazirliyi: “Arsenalımızda kifayət qədər zirehli texnikamız var və onlar əməliyyat şəraitinə uyğun tətbiq olunur”

 

Ermənistan müdafiə nazirliyi rəsmisinin guya döyüşlərdə Azərbaycan Ordusunun xeyli sayda zirehli və avtomobil texnikasını itirməsi ilə bağlı səsləndirdikləri fikirlər onun əməliyyat şəraitindən tam xəbərsiz olmasının göstəricisidir.

Yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və qorxu içində olan erməni cəmiyyətini sakitləşdirmək məqsədilə hazırlanmış dezinformasiyadır.

Hansı tərəfin nə qədər döyüş texnikasının məhv edildiyini və nə qədər qaldığını təyin etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi videoları izləmək kifayətdir.

Ordumuzun arsenalında düşmənə zərbə endirməyə yetərincə zirehli texnika var və onlar relyefə, əməliyyat şəraitinə, müxtəlif taktiki üsul və metodlara uyğun komandanlığın qərarına əsasən tətbiq edilir.

  =======================================

MƏLUMAT  8 - (21:52)

Azərbaycan Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur"

 

Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd şəhərlərini guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.

Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.

=======================================

MƏLUMAT  7 - (21:46)

Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat xülyadır”

Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur.
Düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir.
Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib.
Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq.

 =======================================

MƏLUMAT  6 - (19:32)

 Ermənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır

 

Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır.

İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan yüksək səviyyəli münasibətlərə xələl gətirməyə cəhd göstərir.

Azərbaycan ilə İran arasında mövcud olan və dərin tarixi köklərə malik siyasi, iqtisadi, dini, mədəni və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir.

Beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək ala bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafından da ciddi narahatlıq keçirdiyi üçün çıxış yolunu yalan və böhtan xarakterli məlumatların yayılmasında görür.

 =======================================

MƏLUMAT  5 - (16:52)

 Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib – VİDEO

 

 

 

 

 

 

 

 =======================================

MƏLUMAT  4 - (12:32)

Ermənistana məxsus daha bir PUA məhv edilib

Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

     =======================================

MƏLUMAT  3 - (12:02)

Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur

 

Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.

Tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

       =======================================

MƏLUMAT  2 - (11:09)

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

 

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

    =======================================

MƏLUMAT  1 - (08:52)

Cəbhədə oktyabrın 23-nə olan vəziyyət

 

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsini praktiki olaraq itirib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !