Bu günün (24 oktyabr) XRONİKASI - - CƏBHƏ XƏBƏRLƏRİ

Bu günün (24 oktyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ

   =======================================

MƏLUMAT   12 - (19:11)

Düşmənin döyüş texnikaları məhv edilib
 

   =======================================

MƏLUMAT   11 - (19:11)

Ordumuz gecə və gündüz şəraitində döyüşləri davam etdirir

   =======================================

 

MƏLUMAT   10 - (18:01)

Hərbiçilərimiz: Azərbaycanın üçrəngli bayrağını Qarabağın ən yüksək zirvəsində dalğalandıracayıq

 =======================================

MƏLUMAT   9 - (16:50)

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir

 =======================================

MƏLUMAT   8 - (16:49)

Düşmənin döyüş təyyarəsi məhv edilib

Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

  =======================================

MƏLUMAT   7 - (14:07)

Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

  =======================================

MƏLUMAT   6 - (11:28)

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.

  =======================================

MƏLUMAT  5 - (11:12)

Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur 

- TƏCİLİ -

Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutur.

  =======================================

MƏLUMAT  4 - (11:01)

 Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

- TƏCİLİ -

Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur.

  =======================================

MƏLUMAT  3 - (10:51)

Düşmənin gecə ərazində məhv edilən döyüş texnikalarının videogörüntüləri

   =======================================

MƏLUMAT  2 - (10:49)

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

- TƏCİLİ -

Tərtər və Bərdə rayonunun ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur.

     =======================================

MƏLUMAT  1 - (08:23)

Cəbhədə oktyabrın 24-nə olan vəziyyət

Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib.

Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. 

   =======================================

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !