Gülağa Tənha - Dünya dəyişəcək

Gülağa Tənha Dünya dəyişəcək

Müharibənin 23 - ci günü! Bu ərəfələr çoxumuz əsgərə məktub yazaraq, onlara mənəvi dəstəy olmağa çalışır. Bu dəfə biz xeyriyyəçi – şair Gülağa Tənhanın şeirlərinin içindən “Dünya dəyişəcək” şeirini taparaq, əsgər yolunu gözləyən sevgililərə ərmağan edirik. Şeir sanki əsgərin dilindən səslənir... Aşiqini gözləyən hər bir dilbər sevdalısına qovuşsun diləyi ilə...

 

 

Gülağa Tənha “DÜNYA DƏYİŞƏCƏK…”



Heç darıxma, gülüm, bir gün
Dünya birdən dəyişəcək.
Zirvələrdən qara çiskin,
Dərədə çən dəyişəcək.

Bir gün yenə buludlardan
Sıyrılaraq Gün doğacaq.
Gün doğacaq…
Həsrət əlim
Sənə sarı uzanacaq.

Ay işığı qədəminə
səpiləcək sərin-sərin.
Qaytaracaq baxışını
vurulduğun çiçəklərin.

Yağış yağır…
Neyləyəcək
Dar macalda çisək sənə?
Sən sinəmə qısılarsan,
Dərdiyim gül-çiçək – sənə…

İyul, 2008

 

 


#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !