Türkiyə Rusiyanın müdafiə sənayesinə ciddi ziyan vurub. -

Türkiyə Rusiyanın müdafiə sənayesinə ciddi ziyan vurub.

 Türkiyə Rusiyanın müdafiə sənayesinə ciddi ziyan vurub.

Bunu Türkiyənin təhlükəsizlik və strategiya üzrə mütəxəssisi Yusuf Alabarda deyib.

Onun sözlərinə görə, Türkiyə istehsalı olan Pilotsuz Uçuş Aparatları və onların silahlı versiyası Liviya, Suriya və Azərbaycan coğrafiyasındakı əməliyyatlarda böyük üstünlük əldə olunmasına gətirib çıxarıb və Rusiyanın müdafiə sənayesi etibarının böyük hissəsini itirib.

“Rusiya müdafiə sənayesinin əhəmiyyətli hissəsini təşkil edən hava hücumundan müdafiə sistemləri – “Pantşir”lərdən “S-300”lərə qədər etibarını itirib. Liviyada 20 “Pantşir” məhv edilib. İdlib torpaqlarında da həmçinin. Ermənistanın “S-300”ləri isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Sadəcə, Ermənistanda 1 milyard dollar dəyərində sistem yox edilib”, - mütəxəssis bildirib.Publika.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !