Bakı Şəhər Halqası əməkdaşları Silahlı Qüvvələr Yardım Fonduna dəstək verib -

Bakı Şəhər Halqası əməkdaşları Silahlı Qüvvələr Yardım Fonduna dəstək verib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda ordumuz tərəfindən həyata keçirilən uğurlu tədbirlərə dəstək kampaniyasına qoşulub. Şirkətin əməkdaşları könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüblər.
Şirkət ölkənin müdafiəsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən mübarizədə hər bir vətəndaşın və qurumun Vətənə dəstəyinin vacib olduğunu hesab edir və ordumuza daha böyük zəfərlər diləyir!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !