Azərindən türk dünyasına sərt sözlər -

Azərindən türk dünyasına sərt sözlər

 Dünyaca məşhur azərbaycanlı müğənni Azərin qatıldığı televiziya proqramında gündəm olacaq ifadələr işlədib.

Müğənni türk dövlətlərinin Dağlıq Qarabağ müharibəsində Azərbaycanı tək qoyduqları üçün qınayıb.

O, türk dövlətlərinin bu mövzuda səsinin az çıxdığını bildirib: “Bu qədər münaqişə ərzində yanımızda sadəcə Türkiyə dayandı. Amma baxırıq ki, kimsə arxamızda dayanmadı. Türk dünyası deyirik. Hər zaman dediyimiz bir şey var: İnşallah, Turan ordusu qurarıq. Amma belə olmaz. 27 sentyabrda əməliyyatlar başladı. Türk dövlətlərinin səsi nə zaman çıxmağa başladı? Çox-çox sonra... Putin danışandan sonra Türk dövlətləri də danışmağa başladı”.Publika.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !