Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib - - FOTO

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib - FOTO

Erməni vandallarının  azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır. Beləki, dünyanın dörd bir yanına səpələnmiş erməni lobbisinin üzvləri hətta okeanın o tayında, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılara qarşı vandalizm aktı törətməkdən çəkinmirlər. Onlar oktyabrın 20-də gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə  nifrət dolu ifadələr, təhqir və  söyüş yazmaqla erməni xislətinin dəyişməz olduğunu bir daha sübut ediblər.


Milli zəmində azərbaycanlılara qarşı  nifrət çağrışları edən ermənilərin cəzalandırılıması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Həmid Azəri bu vandalizm aktını, eyni zamanda Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə edilən  2 raket hücumu nəticəsində  24 mülki vətəndaşın, o cümlədən qadın və günahsız uşaqların həlak olmasını, onlarla  insanın yaralanmasını  hadisə yerinə dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələrinin diqqətinə  çatdırıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !