Əsgərə məktub layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində - - FOTO

“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizə və ölkəmizin haqq işi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.
 

Belə ki, Türkiyənin “Haber Global”, “CNN Türk”, “A Haber”, həmçinin Rusiyanın “Pervıy Kanal”, “NTV”, “Rossiya-1” və “Rossiya-24” telekanalları “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsini əks etdirən xüsusi reportajlar hazırlayıb.
 

Layihə çərçivəsində qəhrəman Vətən övladlarına ünvanlanan mesajlar əks olunub. Həmçinin vətəndaşlarımızın yüksək  qələbə əzmində olduqları, tezliklə işğaldan azad olunacaq torpaqlarda Azərbaycan Bayrağının dalğalanacağına əminlik nümayiş olunub.
 

Reportajlarda Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlərin ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunduğu da diqqətə çatdırılıb.  Bu çərçivədə bütün “ASAN xidmət” mərkəzlərindəki terminallar vasitəsi ilə Silahlı Qüvvələr üçün vətəndaşlar tərəfindən ödənişlərin mümkünlüyü qeyd olunub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !