Dünən: - 825 yoluxma, 6 ölü

Dünən: 825 yoluxma, 6 ölü

 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı 

 

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZpress.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 47 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib, aktiv xəstə sayı 6 151 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 457, ötən müddət ərzində isə ümumilikdə 1 260 193 test aparılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !