Cüdoçularımızın "Böyük Dəbilqə"dəki ilk rəqibləri bəllidir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Cüdoçularımızın "Böyük Dəbilqə"dəki ilk rəqibləri bəllidir İNTİQAM təqdim edir (AZpress.AZ)

Nıhayət ki, Beynəlxalq Cüdo Federasiyası (İJF) dünyanı ağuşuna alan koronavirus pandemiyası üzündən fasilə yaranmış Olimpiya təsnifatlı cüdo yarışlarını keçirmək qərarına gəlib. Bu ilin fevralında Dyusseldorfda (Almaniya) baş tutan Qaran-Pridən sonra tatamidən kənarda qalan cüdoçular oktyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə mübarizəyə qatılacaqlar. Söhbət "Böyük Dəbilqə" turnirindən gedir. Üç gün davam edəcək turnirdə Azərbaycan 3-ü qadın olmaqla 17 tatami ustası ilə təmsil olunacaq. Artıq cüdoçularımızın ik qarşılaşacaqları rəqiblər bəllidir. 60 kq-da güləşən cüdoçularımızadan Kəramət Hüseynov Luka Mxeidze (Fransa), Davud Məmmədovsa hindistanlı Vujay Kumar Yadavla üzləşəcək. 60 kq çəkidə Orxan Səfərov hollandiyalı İvo Verxorstertlə, mübarizəyə ikinci mərhələdən qatılan Nicat Şıxəlizadə isə Villian Lima (Braziliya)\ Yarin Menaqed (İzrail) cütünün qalibi ilə güləşəcək. 70 kq-da çıxış edən və hazırda dünya reytinq cədvəlində öz çəkisinin lideri olan Rüstəm Orucov startda monqol cüdoçu Anxzay Lavjarqalla, həmin çəkidə mübarizə aparan digər təmsilçimiz - Telman Vəliyev isə Serqios Azoidislə (Yunanıstan) üzləşəcək. Digər çəki dərəcələrində çıxış edən cüdoçularımıza gəlincə aşağıdakı qarşılaşmalar olacaq:

Hidayət Heydərov (81 kq) - İvaylo İvanov (Bolqarıstan),

Murad Fətiyev (81 kq) - Qilerme Şmidit (Braziliya),

Məhəmmədəli Mehdiyev (90 kq) - Farux Bulekulov (Qırğızıstan)\Yohannes Paçer (Avstrya),

Rüfət İsmayılov (90 kq) - Erlan Şerov (Qırğızıstan)\Kolton Braun (ABŞ),

Elmar Qasımov (100 kq) - Peter Kordeli (Macarıstan)\ Mert Sismanlar (Türkiyə), ,

Zəlim Kotsayev (100 kq) - Munxabayar Battoqtox (Monqolıstan)\ Aybek Serikbayev (Qazaxıstan,

Uşanqi Kokuari (+10 kq) - Cemal Ərdoğan (Türkiyə),

Camal Feyziyev (+10 kq) - Xarun Sadıkoviç (Bosniya),

Leyla Əliyeva (48 kq) - Luka Mamira (Macarıstan),

Aişə Qurbanlı (48 kq) - Şirine Bukli (Fransa),

Gültac Məmmədəliyeva (52 kq) - Qall-Od Tserentoqtox (Macarıstan).

Qeyd: İJFB udapeşt turnirinin afişasında dünyanın ən güclü 6 cüdoçusunun şəklinin dərc edib ki, onlardan biri də Azərbaycan yığmasının lideri Rüstəm Orucovdur (şəkildə ikinci). Yeri gəlmişkən. Bu turnirdə hər çəkidə ilk 3 yeri tutan cüdoçular müvafiq olaraq. 700, 490 və 350 reytinq xalı qazanmış olacaq. 5 və 7-ci yerin sahibləri isə müvafiq olaraq, 252 və 182 xal qazanacaqlar.

İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !