ASAN Könüllüləri Təşkilatının Əsgərə məktub layihəsinin yeni hazırlanmış https://www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub - - FOTO

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinin yeni hazırlanmış https://www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub - FOTO

23 oktyabr 2020-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub”  layihəsinin yeni hazırlanmış www.esgeremektub.az  saytı ictimaiyyətə təqdim olunub. 


Yeni sayt vasitəsi ilə vətəndaşların “ASAN ximət” mərkəzlərinə gəlmədən də istənilən vaxt onlayn formada Azərbaycan əsgərinə öz mesajını ünvanlamaq, ona öz mənəvi dəstəyini göstərmək imkanı yaradılıb.
 

Həmçinin istifadəçilər müvafiq sayt vasitəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlar, şəhidlərimiz barədə məlumat əldə edə bilərlər.
 

www.esgeremektub.az saytında “ASAN Könüllüləri” Təşkilatının vətənpərvərlik istiqamətində həyata keçirdiyi və planlaşdırılan layihələr də  əks olunur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !