2 ədəd Elbrus/Scut (8K14) raketinin partlamış hissələri və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - - FOTO

2 ədəd Elbrus/Scut (8K14) raketinin partlamış hissələri və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - FOTO

2020-ci il 22 Oktyabr tarixində Agentliyə Ağcabədi, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Kürdəmir, Qəbələ və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 33  (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 (bir) müraciət daxil olmuşdur.

Daxil olmuş 34 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Boyat, Kürdlər, Hacılar, Salmanbəyli kəndləri, Ağdam rayonunun Qaradağlı kəndi, Cəbrayıl rayonunun Şəbə kəndi, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Qazaxlar kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Həmənli, Qızılhacılı, Qarasuçu kəndləri, Kürdəmir rayonunun Çöhramlı kəndi, Qəbələ rayonunun Hacalı kəndi, Tərtər rayonunun Cəmilli, Səhləbad, Yuxarı Sarıcalı kəndləri, Şıxarx qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 30 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843B), 1 ədəd 9N235 bombacığı, 2 ədəd Elbrus/Scut (8K14) raketinin partlamış hissələri və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 300 mm-lik 9M528 raketi və 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 4 913 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !