Azərsu Açıq Səhmdar Cəmiyyətinin kollektivi ASAN Könüllüləri Təşkilatının keçirdiyi Əsgərə məktub layihəsinə qoşulub - - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi “ASAN Könüllüləri” Təşkilatının keçirdiyi “Əsgərə məktub” layihəsinə qoşulub - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının keçirdiyi “Əsgərə məktub” layihəsinə  qoşulub.


“Qarabağda zəfər çalır ordumuz, su çilərik, cana gələr yurdumuz!” devizi altında yazılan əsgər məktublarında Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı döyüşlərdən fəxrlə bəhs edilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı zəfərlər böyük ruh yüksəkliyi ilə qarşılanır. Ərazilərimizin işğaldan azad edilməsi barədə cəbhədən gələn xoş xəbərlər qələbə gününün uzaqda olmadığından xəbər verir.


Məktublarda müzəffər ordumuzun tezliklə üçrəngli bayrağımızı işğal olunmuş ərazilərimizin hər bir guşəsində dalğalandıracağına ümidlər ifadə olunub. Cəmiyyətin əməkdaşları azğın düşmənə qarşı göstərdikləri şücaətə görə əsgərlərimizə minnətdarlıqlarını bildiriblər.


Vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və belə tədbirlər xalq-ordu birliyinin təcəssümü kimi ifadə olunur.


Qarabağ Azərbaycandır!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !