Novak Cokoviç: "Bu il "US Open-2020"-ni va ardınca da "Rolan Qarros"u udmamaq mənim üçün utandırıcı oldu" - İNTİQAM təqdim edir (AZpress.AZ)

Novak Cokoviç: "Bu il "US Open-2020"-ni va ardınca da "Rolan Qarros"u udmamaq mənim üçün utandırıcı oldu" İNTİQAM təqdim edir (AZpress.AZ)

 Kişilər arasında dünyanın bir nömrəli raketka ustası olan cerbiyalı tennisçi Novak Cokoviç 2020-ci il məvsümündəki çıxışları ilə bağlı təəsüratlarının söyləyib. Uzun müddətli fasilələrlə davam edən cari mövsümü 2011 və 2015-ci il mövsümləri ilə eyni tutan Cokoviç onun üçün utandırıcı məqamların olduğunu da gizlətməyib. "Açığı deyim ki, bu il əvvəlcə "US Open-2020"ni, ardından isə "Rolan Qarros-2020"ni uda bilməmək mənim üçün çox utandırıcı oldu. Mən həqiqətən də yaxşı formada idim. Ancaq bəxtim gətirmədi. "US Open"də gözlənilməz və xoşagəlməz bir insident yarandə və məni yarışdan çıxardılar. "Rolan Qarros"da isə rəqibim çox güclü oldu. Bununla belə mən cari məvsümdə Romada və Tsintsinnatidə keçirilən "Masters" turnirini uddum. Əgər "US Open"də yarışdan çıxarılmağımı nəzərə almasaq, mən bu il cəmi bir dəfə uduzmuşam. O da "Rolan Qarros"un finalında Rafael Nadalla qarşılaşmada. Ona görə də çəkinmədən deyə bilərəm ki, mən bu il gözəl tennis nümayiş etdirmişəm. Lap elə 2022 və 2015-ci illəerdəki kimi" - deyən serbiyalı tennisçi daha sonra qarşıya qoyduğu məqsədindən da danişib. "Mənim bir məqsədim var - məvsümü 1 nömrəli kimi bitirmək. Daha bir istəyim isə yeni məvsümün ilk üç ayında mümkün olan xalların hamısını qazanmaqdır. Bu mənə reytinq cədvəlinə liderlik etdiyim həftələrin sayına görə rekord qazanmaq imkanı verəcək. Bu isə mənim karyeramda ən vacib məsələdir" - Cokoviç belə deyib. Daha sonra o, 2021-ci il məvsümünə necə hazır olduğunu da dilə gətirib. Mövsümün ilk yarışı olan "Australian Open-2021"ə hansı şərtlərlə hazırlaşdığını gizlətməyən serbiyalı raketka ustası deyib: "Biz əlbətə ki, qoyulan qadağalara qarşı çıxa bilmərik. Amma ümid edirəm ki, yeni məvsümün ilk yarışına iki həftəlik qarantin keçmədən başlayacağıq. Yox əgər bu qadağalar yenə də olsa, onda gərək biz iştirakçılar Avstriyaya yarışdan çox-çox əvvəl gedək. Bu turnir birmənalı olaraq, mənim təqvimimdə yer alıb. O ki, qaldə ilin yekun turniri olan ATR Cup-a. mən məvsümün sonunda bu haqda qərarımı verəcəm".

Xatırladaq ki, Cokoviç 11740 xalla hazırda ATR-in reytinq cədvəlinə liderlik edir. Onun ən yaxın təqibçisi olan ispaniyalı Rafael Nadalın 9850 xalı var. İlk üçlüyü 9125 xalla Dominik Timin (Avstraliya) tamamladığı cədvəldə "Tenis Kralı" adlandırılan isveçrəli Roje Federer 6630 xalla 4-cüdür.

İNTİQAM Məmmədov

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !