Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu layihəsi icra olunacaq -

Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu layihəsi icra olunacaq

Məlumat üçün bildiririk ki, Qadınlar Gələcək Uğrunda İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu” adlı layihəsi icra olunacaqdır. Layihənin məqsədi qida təhlükəsizliyinin təmin olunmasında vətəndaş məsuliyyətini artıraraq İctimai Nəzatət mexanizmini hazırlamaqdan ibarətdir. Layihə çərçivəsində 2 maarifləndirici onlayn təlim və İnternet Tv-də yayımlanacaq 4 maarifləndirici veriliş hazırlanacaqdır. Layihə iştirakçılarına paylamaq üçün maarifləndirici bukletlər və “Sağlam Qida Bələdçisi” adlı kitabçalar nəşr olunacaqdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !