Ermənistanın 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə etməsinə dair müraciət -

Ermənistanın 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə etməsinə dair müraciət

 Azərbaycanda fəaliyyət göstərən QHT beynəlxalq təşkilatlara Ermənistanın 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə etməsinə dair müraciət ünvanlayıb.

 

UNICEF-in İcraçı Direktoru xanım Henriyetta Fora, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədri cənab Robert Guda, Beynəlxalq Uşaq Hüquqları Bürosunun Prezidenti cənab Teofan Nikyemaya, SOS Beynəlxalq Uşaq Kəndlərinin Prezidenti cənab Siddharta Kaula, Uşaq Müdafiə Fondunun icraçı direktoru xanım Bharti Vahiyə, Uşaqlar üçün Qlobal Fondunun prezidenti cənab Con Heklingerə ünvanlanan müraciətdə qeyd edilib ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatıb, hərbi əməliyyatlar yenidən bərpa edilib.

 

“Keçən müddət ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülüb, 300-dən çoxu yaralanıb. Təəssüf ki, Ermənistan hələ də hərbi cinayət törətməkdə davam edir.

 

Bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sizə təqdim olunan bu link vasitəsilə hərbi əməliyyatlara cəlb olunan uşağın videosunu izləyə bilərsiniz (https://youtu.be/e12mWOJPySM).

 

Qeyd etmək istəyirik ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.

 

Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır.

 

Ona görə də, biz uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT sizə müraciət edir, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməyə və uşaqları hərbi əməliyyatlara cəlb etməkdən çəkindirməyə çağırırıq”, - müraciətdə bildirilib.

 

İmza:

"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi, Baxşəliyeva Xoşqədəm
"Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" ictimai birliyi, Məmmədova Aynur
"Aran" uşaqların sağlam gələcəyi ictimai birliyi, Hüseynov İbrahim
Himayə Uşaq ictimai Birliyi, Umudova Mətanət
"İntellekt" uşaq və gənclərə kömək ictimai birliyi, Abbasov Rəşad
«Qızlar Bulağı» Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu, Ələddinov Müzəffər
"Azərbaycan Uşaqları" İctimai Birliyi, Kəmalə Ağazadə
“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi, Səfixanlı Aytən
"Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək" ictimai birliyi, Əhməd Təranə
"SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası ictimai birliyi, Hüseynov Rəşad
"Məlahətli Ana" uşaqlara yardım ictimai birliyi, Əhmədov Natiq
Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Məmmədova Nigar
Qadın və Uşaqların Problemlərinin Araşdırılmasi İctimai Birliyi (QUPAİB), Quliyeva Səmayə Tanrıverdi qızı
“Ümman” əlil uşaqlara qayğı İctimai Birliyi, Məmmədova Şükufə
"İnam və Ümid" əlil uşaqlara dəstək ictimai birliyi, Həsənov Fərman
“Kəndlərin İnkişafı” Uşaq və Gənclər ictimai birliyi, Musayev Vasif
"Aytam" uşaqların mədəni maarifləndirilməsi ictimai birliyi, Zamanova Aygün
Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək ” İctimai Birliyi, Əliyev Salam
"Etimad-uşaq və gənclərə psixoloji dayaq" ictimai birliyi, Bəşirova Şəlalə
"Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi, Nəcəfov Namiq
"Sahibsiz Uşaqlara Kömək" ictimai birliyi, Abbasova Məlahət
"Ana və uşaq sağlamlıq mərkəzi" ictimai birliyi, Məmmədova Fəridə
"Gülüstan" Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyi, Vəfa Aktuz
"Uşaq və Yeniyetmələrə Dəstək" ictimai birliyi, Abdulov Fərhad
"Ədalət və İnkişaf Naminə" uşaq və gənclərə dəstək ictimai birliyi, Kərimova Nuranə
"Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq" ictimai birliyi, Hüseynova Mehriban
"Uşaq və tələbə gənclər dünyası" ictimai birliyi, Cəfərov Tural
"Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım" İctimai Birliyi, Zaur Seyidzadə
"Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası" ictimai birliyi, Bəkirov Yusif Seyfəddin
“Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi, Səfərov İntiqam
"Mənəvi Dayaq" Uşaq və Gənclər İctimai Birliyi, Arzu Orucov
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" ictimai birliyi, İsayeva Lamiyə
“Kiçik dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi, İbrahimova Nigar
Azərbaycan Uşaq Fondu, Məhərrəmov Aqil
Dünya" Ana və Uşaqlar ictimai birliyi, Əliyeva Dünyaxanım
"Çıraq" Uşaq İnkişaf Mərkəzi ictimai birliyi, Hacıyeva Zeynəb
"Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım" ictimai birliyi, Kərimova Cəmilə
"Uşaq və Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi, Cəfərova Aygün
"Qadın və Uşaq Sosial Təminatı" Ictimai Birliyi, Dadaşova Firuzə
"Buta" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək ictimai birliyi, Ağamalı Günay
“El Qayğısı" Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyi, Quliyev Elnur
"Uşaqların Gələcəyi Naminə" ictimai birliyi, Quliyeva Könül
"Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək" ictimai birliyi, Zülfüqarova Aynur
“Miqrant uşaqlara dəstək" ictimai birliyi, Məmmədova Fatma

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !