Floridada Gəncədəki terror aktlarına etiraz aksiyası keçirilib - - FOTO

Floridada Gəncədəki terror aktlarına etiraz aksiyası keçirilib - FOTO

Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə  Mayami şəhərində icazəli etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını kəskin şəkildə pisləyiblər.


Florida Azərbaycan İcmasının da iştirakı ilə baş tutan aksiyada Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə, Gürcüstan və İsrailin bayraqları dalğalanıb. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Erməni təcavüzünə son” kimi şüarlar səsləndirilib.


Qeyd edək ki, aksiya zamanı dalğalandırılan üçrəngli bayrağımızı ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlı qadınlar öz əlləri ilə tikib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !