Bill Geyts yenə koronavirusdan danışdı ... -

Bill Geyts yenə koronavirusdan danışdı ...

 “Microsoft” şirkətinin prezidenti Bill Geyts koronavirus sınaqlarından danışdı.

 

Xarici KİV-ə istinadən xəbər veririk ki, o, All Markets Summit konfransında çıxışı zamanı bu il koronavirusa qarşı vaksinin tapılmayacağını söyləyib.

“Əgər bəxtimiz gətirsə, sınaqların 3-cü mərhələsində olan 6 preparatdan 2 ya 3-ü bizdə olacaq. Pfizer şirkətinin bu sahədə ilk vakisini yaratmaq üçün bütün şansları var” - deyə Geyts söyləyib.

 

İş adamının fikrincə, ilin əvvəlində AstraZeneca, Johnson and Johnson, Novavax, Moderna və Sanofi şirkətlərinin yeni vaksin təqdim edə biləcəyini söyləyib. Modern.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !