Ermənistanın dini rəhbəri öz xalqını ölümə sürükləyir -

Ermənistanın dini rəhbəri öz xalqını ölümə sürükləyir

Qarabağ müharibəsində erməni əsgərlərinin ölümündə səbəbkar birinci şəxs Ermənistan Baş Naziri Nikol Paşinyandırsa, ikinci şəxs bütün ermənilərin katolikosu II Qaregindir.

 

II Qaregin bu günlərdə əhaliyə müraciəti onu göstərir ki, o, insanarı sülhə deyil, müharibəyə səsləyir. Adətən dinlər sülhə, barışığa çağırır, erməni kilsəsi isə daim qan və terrorun arxasında dayanıb və bu gün də o rolu oynayır.

Modern.az-ın məlumatına görə, bütün ermənilərin katolikosu xalqa müaricət edərək bildirib ki, əli silah tutan hər kəs cəbəhəyə gedib döyüşməlidir. Artıq sosial şəbəkələrdə də erməni "din" adamların əlində silah cəbhəyə yollandıqlarını əks etdirən görüntülər də yayılır.


Adətən bütün dinlərin əsasında sülh dayanır və adətən din xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Erməni katolikos isə bunun əksini edir, hətta “humanitar atəşkəs”in başlanmasından bir neçə saat öncə erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə çağırır.


Qeyd edək ki, erməni kilsəsinin savaşa çağırışı ilk deyil. Bu kimi çağırışlar müxtəlif vaxtlarda baş verib. Hətta Sovet dövründə SSR Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi erməni kilsələrinin birində xeyli sayda silah sursat aşkarlamışdı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !