Gülağa Tənha - "Dərdin nazını çəkmə" adlı kitab təqdimatı. Çıxışçı: Xalq artisti Səidə Quliyeva

Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitab təqdimatı. Çıxışçı: Xalq artisti Səidə Quliyeva

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı kitabın təqdimatında növbəti çıxışçı xalq artisti Səidə Quliyevadır. Aktrisa, şairin “Sən həsrəti nə bilmişdin” şeirini səsləndirir. On cildlik kitabın I cildində yer alan bu şeir, göründüyü kimi iki şəkildə yazılıb. Hər ikisini oxuculara təqdim edirik. Video link bölməsind isə tədbirdə çəkilmiş həmin çıxışı izləyə bilərsiniz.

 


SƏN HƏSRƏTİ NƏ BİLMİŞDİN

 

Əlvida deyirəm bu ağır anda,
Məni xatırlasan nə alış, nə yan.
Gözlərin yuxuya həsrət qalanda,
Gecələr ulduzlu səmaya boylan.

 

 

SƏN HƏSRƏTİ NƏ BİLMİŞDİN

 

Sən həsrəti nə bilmişdin?
Neçə vaxtdı ürəyimi
eləyibdi didim-didim.
Az qalmışdı bu dünyadan
öz xoşumla çıxıb gedim.
Sən həsrəti nə bilmişdin,
Kəsilibdi ömrə qənim.
Ürəyim dil-dil ötürdü:
«Olum, yoxsa…yoxsa ölüm».
Xoşdu mənə
Bu sevgidən gələn zülüm.
Sən həsrəti nə bilmişdin?
Tab gətirmək çətin işdi,
yaman çətin.
Vallah, ölüm gələcəkdi,
Sən bir az da geciksəydin…

 


Gülağa Tənha. Moskva, 01.09.2003

 

 

video link: https://youtu.be/Jo2hfcB5zF0 

 

 

 

 

 


Gülağa Tənha " Dərdin nazını çəkmə " II - kitab #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #muğam #muğam #segah #qiraət #qiraet müdrik, #fikir, #dushunce, #düşüncə #AMEA #elm #alim #qazet #mukafat #mükafat #kitab #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !