"Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair" beynəlxalq konfrans-konsert layihəsinin icrasına başlayır. -

"Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair" beynəlxalq konfrans-konsert layihəsinin icrasına başlayır.

"Mədəni Əlaqələrin İnkişafına Dəstək” (MƏİDİB) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin maliyə dəstəyilə “AZƏRBAYCAN MUSİQİSİNƏ QARŞI APARILAN İŞĞALÇILIQ SİYASƏTİNƏ DAİR” beynəlxalq konfrans-konsert layihəsinin icrasına başlayır.


İllərdir Azərbaycanın ən səfalı guşələrinə göz dikmiş mənfur düşmənlərimiz zaman-zaman xalqımızın zəngin mədəniyyət sahəsi olan musiqimizə də göz dikmişlər. Mahnılarımızın erməni xalq musiqisi adı altında təqdim olunması Azərbaycan ictimaiyyətini, xüsusilə mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai xadimlərimizi ciddi şəkildə narahat edir. Məhz sözügedən layihənin əsas məqsədi də Ermənistanın Azərbaycan musiqi mədəniyyətinə qarşı olan təcavüzünə səs qaldırmaq, bu mövzunu bir daha peşəkarların dilindən ictimailəşdirərək beynəlxalq nəzəri bu önəmli mövzuya yönəltməkdir. Onlayn toplantıda bütün bu mövzular haqqında ətraflı müzkirələrlə parallel ermənilər tərəfdən hədəf alınmış musiqi parçaları da ifa olunacaq.
Layihənin ərsəyə gəlməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyasının alim heyəti, elm və musiqi xadimləri, tanınmış musiqişünaslar yaxından iştirak edir. Həmçinin MƏİDİB sədri, layihə rəhbəri İsrafilova İlahə Qismətin verdiyi məlumata görə layihənin hazırlıq işləri ilə bağlı işçi heyətinin bir sıra iclas və müzakirələri artıq baş tutub.
Layihənin 06 noyabr 2020-ci il tarixində, onlayn olaraq “ZOOM” proqramı vasitəsi ilə keçirilməsi planlaşdırılır. Yerli və xaricdən dəvət edilmiş qonaqların layihədə iştirakını nəzərə alaraq görüş Bakı vaxtı ilə saat 21:00 təyin edilmişdir.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !