Ayşən Abduləzimovanın "Sarıyer"i qələbə qazanıb - -FOTO=4 (İntiqam Məmmədov AZpressAZ)

Ayşən Abduləzimovanın "Sarıyer"i qələbə qazanıb -FOTO=4 (İntiqam Məmmədov AZpressAZ)

Azərbaycanın qadın voleybol yığmasının üzvləri hazırda şərəfini qoruduqları xarici klubların heyətində növbəti oyunlarına çıxıblar. Yığmamızın kapitanı Ayşən Abduləzimovanın çıxış etdiyi "Sarıyer" klubu Türkiyə Superliqasında baş tutan 12-ci tur çərçivəsində "Karayollar"la qarşılaşıb. Doğma divarlar arasında keçirdiyi oyunda "Sarıyer" qonağına bir set belə verməyib - 3:0. Həmin oyunda kapitanımız özünün və komandasının aktivinə 9 xal yazdırıb. Bu oyundan sonra "Sarıyer" 11 xalla 12-ci olub. Klubun ehtiyatda daha iki oyunu var.

Yığmamızın daha bir üzvü - Kristina Yaqubovanın komandası da qələbə qazanıb. Rusiy Superliqasında mübarizə aparan "Lipetsk" klubu 9-cu tur çərçivəsində "Yenisey"i səfərdə məğlub edib - 2:3. Marqarita Əzizovanın "Minçanka" klubunun "Kazan "Dinamo"su ilə görüşü isə təxirə salınıb. 9 turdan sonra "Lipetsk" 8 xalla 8-ci, 4 oyun keçirməsinə rəğmən hələ də xalsız qalan "Minçanka" isə 14 komanda arasında sonuncudur.

 

İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !