Ölkəmizi Avropa çempionatında kimlər tımsil edəcəklər? - -FOTO=5 (İntiqam Məmmədov AZpressAZ)

Ölkəmizi Avropa çempionatında kimlər tımsil edəcəklər? -FOTO=5 (İntiqam Məmmədov AZpressAZ)

Xəbər verdiyimiz kimi 26-29 noyabr günlərində Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə növbəti Avropa çempionatı keçiriləcək. Çempionata Azərbaycanla yanaşı daha 26 komanda yarışa qatılacağını təsdiqləyib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ölkəmiz həm şəxsi, həm də qrup hərəkətləri yarışına qatılacaq. Artıq sözügedən yarışda ölkəmizi təmsil edəcək idmançıların adları da bəllidir. Şəxsi çoxnövçülük yarışlarında Zöhrə Ağamirova, Arzu Cəlilova (hər ikisi sinyorlar), Nərmin Bayramova, Leyla Ağazadə, Alina Gözəlova və İlona Gözəlova (dördü də yuniyorlar) öz bacarıqlarını nümayiş etdirəcək. Qrup hərəkətləri üzrə yarışlarda isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina beşliyi mübarizə aparacaq.

 

İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !