Gülağa Tənha - "Dərdin nazını çəkmə" adlı kitab təqdimatı. Çıxışçı: Xalq artisti Səidə Quliyeva (II hissə)

Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitab təqdimatı. Çıxışçı: Xalq artisti Səidə Quliyeva (II hissə)

Xeyriyyəçi-şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı kitab təqdimatında xalq artisti Saidə Quliyeva şairin “Olmur” şeirini səsləndirir. Xatırlatmaq üçün qeyd edirik ki, silsilə olaraq yayımladığımız şeir və video linklər “Vətən müharibəsi” iştirakçıları olan bütün Azərbaycan xalqına ithaf olunur.

 


OLMUR

 

Hərəni bir axar aparıb gedir,
Axar sular kimi çağlamaq olmur.
Aylardan-illərdən qoparıb gedir,
Gedəni yolundan saxlamaq olmur.
Ömür isidəsi köz də qalmayıb,
Ümidə dönəsi söz də qalmayıb,
Aşkar ağlamağa üz də qalmayıb,
Özünə qapanıb ağlamaq olmur.
Varı arzusunda, diləyindədi,
Vicdanı məkrində, kələyindədi,
Əli böyüklərin ətəyindədi,
Dərdin sinəsini dağlamaq olmur.
Bu karvan onsuz da gedir mənzilə,
Yolumdan qalmaram mən bilə-bilə.
İşvəli mələyə, nazlı gözələ,
Gülağa, daha bel bağlamaq olmur.


Gülağa Tənha

 

 

Video link: https://www.youtube.com/watch?v=vVxp9YjzL5I

 

 

 

 

29.10.2020 Gülağa Tənha " Dərdin nazını çəkmə " II - kitab #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #muğam #muğam #segah #qiraət #qiraet müdrik, #fikir, #dushunce, #düşüncə #AMEA #elm #alim #qazet #mukafat #mükafat #kitab #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !