Ağcabədinin kəndləri düşmənin artilleriya atəşinə məruz qalıb - -FOTO=46(AZpressAZ Mais İbrahimov, Ağcəbədi)

Ağcabədinin kəndləri düşmənin artilleriya atəşinə məruz qalıb -FOTO=46(AZpressAZ Mais İbrahimov, Ağcəbədi)

İşğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin, eləcə də dövlət əmlakına külli miqdarda ziyan vurulub. Düşmənin artilleriya atəşi nəticəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Göyük, Hacılar, Minəxorlu, Arazbar, Yuxarı Qiyaməddinli, Poladlı, Biləğan, Sarıcalı, Boyat kəndlərində onlarla ev dağılıb, yaralananlar var. Həmçinin infrastruktura ziyan dəyib, mal-qara tələf olub.
Ermənistanın Azərbaycana qarşı təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Erməni vandallarının növbəti hədəfi Ağcabədi rayonu Hacılar kənd qəbiristanlığı olub. Qəbiristanlığa düşən mərmilərin partlaması nəticəsində bir çox qəbir daşları zədələnib.
Hacılar kənd qəbiristanlığında olan qədim dövrə aid olan bu qəbir daşlarının gələcəkdə tədqiq olunması mütləq lazımdı.


Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !