Naxçıvan Bölməsində tələbələrinin tərcümə etdiyi nümunələr müzakirə olunub -

Naxçıvan Bölməsində tələbələrinin tərcümə etdiyi nümunələr müzakirə olunub


AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsinin “Tərcümə” (Fars-Azərbaycan) ixtisası üzrə II və III kurs tələbələrinin tərcümə etdiyi nümunələrin müzakirəsi keçirilib.
Əvvəlcə Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar fondda uğurla davam etdirilən tədbirlərdən danışıb. Alim tələbələrin bacarıq və vərdişlərində bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra tələbələrin tərcümə etdiyi “Dilimiz varlığımızdır”, “Qarabağ düşmən tapdağında qalmayacaq”, “Xocalı soyqırımı”, “Qüdrətli Ordumuz” və “Bayraq meydanı” adlı mətnlər oxunulub və müzakirə edilib.
Tədbirdə Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov tərcüməçilik sənətinin bəzi xüsusiyyətləri haqqında tələbələrə məsləhətlər verib.
Sonda tələbələrə tərcümə edilməsi üçün əlavə mətn nümunələri təqdim edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !