Bu günün (31 oktyabr) XRONİKASI - - CƏBHƏ XƏBƏRLƏRİ

Bu günün (31 oktyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ

        =======================================

MƏLUMAT  9 - (16:26)   

  Youtube linki: https://youtu.be/cK4gRq0HgF0

 

 

 

 

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb - *VİDEO*

 

Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib.

Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib.

Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün “Kamaz” markalı ikinci avtomobilə minmələri də müşahidə edilib. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilib.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.

__

 

Уничтожена разведывательно-диверсионная группа и выведены из строя две военно-транспортные средства противника - *ВИДЕО*

 

В полдень 31 октября наблюдалось движение военной автомобильной техники противника с живой силой в направлении наших позиций.

Стало известно, что разведывательно-диверсионная группа, состоящая из армянского спецназа, пыталась приблизиться к линии обороны наших войск с целью совершения провокации.

Первым огневым ударом по противнику была уничтожена автомобильная техника, и разрозненная разведывательно-диверсионная группа стала спасаться бегством. Наблюдалось также, что члены группы погрузились во второй автомобиль марки «Камаз», чтобы покинуть этот район. И этот автомобиль, заполненный вооруженными военнослужащими, также был немедленно уничтожен прямым и точным попаданием.

Представляем видеокадры, отражающие эти моменты.

__

 

The sabotage-reconnaissance group was destroyed and two enemy military vehicles were disabled - *VIDEO*

 

The movement of the enemy’s military vehicles with personnel in the direction of our positions was observed at noon on October 31.

It became known that the sabotage-reconnaissance group consisting of the Armenian special forces attempted to get closer to the defensive line of our troops in order to commit a provocation.

The auto vehicle was destroyed by the first fire strike on the enemy, and the scattered sabotage-reconnaissance group has begun to flee. It was also observed that the members of the group got into the second vehicle “Kamaz” to leave the area. And this car, filled with armed servicemen, was also immediately destroyed by a direct and precise hit.

We present video footage reflecting these moments

       =======================================

MƏLUMAT  8 - (16:26)   

Youtube linki: https://youtu.be/3lccZLdedLU

Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib

Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 ədəd tankı, 1 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.

 

           =======================================

MƏLUMAT  7 - (12:45)  

Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır 

İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayıb və beləliklə də gələcək təxribatları üçün zəmin yaradır.

Bir daha bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında qadağan olunmuş heç bir döyüş sursatı yoxdur.

        =======================================

MƏLUMAT  6 - (11:38)  

Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır” 

Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır.

Bir daha bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir.

       =======================================

MƏLUMAT  5 - (10:54)  

“Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür"

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində təşviş, Ermənistan ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür.
Əldə edilən məlumatlara əsasən könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir.
Düşmənin 7-ci dağatıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Ölən və yaralananlar var.
Xocavənd rayonunun Sos yaşayış məntəqəsi istiqamətində hərəkət edən şəxsi heyətin komandanlığa tabe olmaqdan və əmri yerinə yetirməkdən imtina edərək ərazini tərk etməsi barədə yuxarı komandanlığa məlumat verilib. Həmin hərbi qulluqçuların yenidən mövqelərinə qaytarılması ilə bağlı görülən tədbirlər isə nəticəsiz qalıb.
Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib. Təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbiçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.
Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib.
Görülən bütün cəza tədbirlərinə baxmayaraq Ermənistan müdafiə nazirliyinin rəhbərliyi Dağlıq Qarabağa getməkdən imtina edənlərin qarşısını almaqda acizdir.
Erməni hərbi qulluqçularının döyüşdən kütləvi şəkildə imtina etməsinə səbəb Azərbaycan Ordusunun döyüş meydanında qələbələri və düşmənə endirdiyi dəqiq atəş zərbələri nəticəsində çoxlu sayda döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsi ilə bağlı təqdim edilən video görüntülərdir.

      =======================================

MƏLUMAT  4 - (10:37)  

Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır” 

Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.

Bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir

    =======================================

MƏLUMAT  3 - (08:38)  

Azərbaycan Müdafiə Nazirliyi: “Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb”

Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.

Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək.

   =======================================

MƏLUMAT  2 - (08:29)  

Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur”

Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür.

  =======================================

MƏLUMAT  1 - (08:00)  

 Cəbhədə oktyabrın 31-nə olan son vəziyyət

Oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

   =======================================

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !