- 1022 - Yoluxma + 10 ölü

1022 - Yoluxma + 10 ölü

 Azərbaycan Respublikasında koronavirus infeksiyasına 1022 yeni yoluxma faktı qeydə alınıb, daha 480 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZpress.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 54 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 10460 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 341 min 466 test aparılıb. Bugünkü test sayı isə 10179-dur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !