VOLEYBOL- Kişi voleybol millimiz AÇ-nin seçmələrində kimlərlə qarçılaşacaq? - İNTİQAM təqdim edir (AZpress.AZ)

VOLEYBOL- Kişi voleybol millimiz AÇ-nin seçmələrində kimlərlə qarçılaşacaq? İNTİQAM təqdim edir (AZpress.AZ)

 Azərbaycanın kişi voleybolçulardan ibarət yığmasının da iştirak edəcəyi Avropa çempionatının seçmə qrup mərhələsi oyunlarının təqvimi müəyyənləşib. Xatırladaq ki, baş məşqçisi Fərid Cəlilov olan millimiz turnirin F qrupunda Yunanıstan, Gürcüstan və Çernoqoriya yığması ilə mübarizə aparacq. Oyunlar iki dövrədən ibarət olacaq. İlk dövrənin oyunları Tiflisdə (Gürcüstan), ikinci mərhələ isə Çernoqoriyada olacaq. Gürcüstanda baş tutacaq birinci mərhələnin təqvimi belədir:
7 yanvar 2021-ci il: Azərbaycan - Çernoqoriya;
8 yanvar 2021-ci il: Azərbaycan - Gürcüstan;
9 yanvar 2021-ci il: Azərbaycan - Yunanıstan.
İkinci dövrənin təqvimi:
15 yanvar 2021-ci il: Azərbaycan - Çernoqoriya;
16 yanvar 2021-ci il: Azərbaycan - Yunanıstan;
17 yanvar 2021-ci il: Azərbaycan - Gürcüstan.
Qeyd: Reqlamentə görə qrup yarışlarını lider kimi başa vuran komandalar və eləcə də qrup mərhələsinin 5 ən yaxşı ikinci komandası birbaşa AÇ-nin final mərhələsinə vəsiqə qazanmış olacaq.
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !