İctimai Nəzarət Qrupu üzvü Gənclərin Töhfəsi İctimai Birliyi vətənpərvərlik mövzusunda maarifləndirmə işini davam etdirir - -FOTO=4

İctimai Nəzarət Qrupu üzvü “Gənclərin Töhfəsi” İctimai Birliyi vətənpərvərlik mövzusunda maarifləndirmə işini davam etdirir -FOTO=4

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil edilmiş və Gənclər Fondu tərəfindən dəstəklənən gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi çərçivəsində yaradılmış İctimai Nəzarət Qrupları tərəfindən gənclərin qarşılaşdığı məsələlərin araşdırılması və həlli istiqamətində işlər görülməsi məqsədilə sorğu həyata keçirilmişdir. İctimai Nəzarət Qrupu üzvü olan “Gənclərin Töhfəsi” İctimai Birliyi də keçirilən sorğuda yaxından iştirak etmişdir. Sorğu əsnasında gənclərin qarşılaşdığı məsələlərin həlli istiqamətində tövsiyələr verilmişdir.
Həmçinin nəzərinizə çatdıraq ki, oktyabr ayında İctimai Nəzarət Qrupu üzvü olan “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən paytaxtda maarifləndirmə işində yaxından iştirak etmişdir. Maarifləndirmə kampaniyası çərçivəsində paytaxt sakinlərinə bayraqlar hədiyyə edilərək onları orduya dəstək məqsədilə yalnız rəsmi mənbələrə istinad edərək paylaşımlar aparmaq, həmçinin koronavirusdan qorunmağa dair tövsiyələr verilmişdir.
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil edilmiş və Gənclər Fondu tərəfindən dəstəklənən gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi çərçivəsində yaradılmış İctimai Nəzarət Qruplarının fəaliyyəti noyabr ayında da davam etdiriləcəkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !