Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib - - FOTO

Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib - FOTO

Kanadanın Toronto şəhərində Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşkilatçılığı ilə "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiyası keçirilib.


Ontario əyalətinin Parlamentinin önündə Torontoda yaşayan Azərbaycan icmasının qadınlarının iştirakı ilə baş tutan   həmrəylik aksiyasında təcavüzkar  Ermənistanın 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlaması, o cümlədən erməni ordusunun dinc əhalini, azyaşlı məsum  uşaqları qəsdən hədəfə alaraq qətlə yetirməsi kəskin pislənilib.  Aksiyada “Qarabağ Azərbaycandır”, “Erməni təcavüzünə son”, “Gəncə üçün dua et”,“Erməni terroruna son”, “Bərdə şəhəri münaqişə zonasından kənardadır” kimi şüarlar yazılmış plakatlar  nümayiş olunub. Gəncə və Bərdə terrorunun qurbanlarının fotolarının önünə güllər düzülüb, şamlar yandırılıb.


Aksiyanın sonunda Ontariodakı Azərbaycan icmasının anaları adından bəyanat, eləcə də parlament üzvlərinə indiyədək ünvanlanmış məktublar Ontario Əyalətinin Parlamentinin üzvü Ted Arnota  təqdim edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !