ABŞ-dan Türkiyəyə qarşı addım -

ABŞ-dan Türkiyəyə qarşı addım

 ABŞ-ın “Xilinx” şirkəti Türkiyənin “Roketsan” raketləri üçün hissə tədarükünü dayandıracaq.

Bu barədə şirkətin nümayəndəsi Tara Simsin Amerikanın Erməni Milli Komitəsinin (ANCA) sorğusuna cavab olaraq verdiyi açıqlamada deyilir.

“Bu yaxınlarda “Xilinx” çiplərini daşıyan silahlı pilotsuz uçuş aparatlarından Dağlıq Qarabağda istifadə edildiyini öyrəndik. Texnologiyamızın şiddət tətbiqində istifadəsinin qarşısını almaq üçün edə biləcəyimiz tədbirləri müəyyənləşdirməyə dair kompleks yoxlanışa başladıq. Araşdırmamızdan sonra səlahiyyətli distribütorlarımıza məhsullarımızın gələcəkdə bu cihazın yaradılmasında iştirak etdiyini müəyyənləşdirdiyimiz şirkətlərə tədarükünü dayandırmağı tapşırdıq”, - açıqlamada bildirilir.

Qeyd olunur ki, şirkətin məhsullarının tədarükü və paylanması ilə bağlı yoxlama artıq başlayıb. publika.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !