Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şəhid övladlarını sevindirib - - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şəhid övladlarını sevindirib - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Kontakt Home” mağazalar şəbəkəsi Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad ediblər.


Şəhidlərin əmanəti olan övladlar ziyarət olunub və onlara noutbuklar hədiyyə edilib.


Ziyarət zamanı şəhid ailələri Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən zəfər yürüşündən qürur hissi ilə söz açıblar. Onlar torpaqlarımızın erməni işğalından azad olunması il əşəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildiriblər.


Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq müxtəlif sosial məsuliyyət tədbirləri həyata keçirir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !