"Instagram"dan YENİLİK

"Instagram"dan YENİLİK

 “Facebook Messenger” və “Instagram” xidmətlərinin istifadəçiləri öz-özünə məhv olan mesajlar göndərə biləcəklər. Bu, digər mesencerlərdəki oxşar funksiyanı xatırladır, lakin onların fərqli cəhətləri var. Belə ki, “Vanish Mode” rejimində həmsöhbət dialoqdan çıxdıqdan sonra mesaj silinəcək.

 "RİA Novosti" bu barədə “Facebook” tərtibatçıları məlumat verir.

Bildirilir ki, həmsöhbətin gizli rejimdə çatın ekran görüntüsünü çəkməsi halında isə istifadəçiyə xəbərdarlıq ediləcək.

“Facebook Messenger” artıq çatlar üçün oxşar opsiyanı işə salıb, ancaq bu xidmət hələlik ABŞ-da mövcuddur.

“Instagram”da isə gizli çatlar tezliklə işə düşəcək.Publika.az

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]