Türk Şurasının gənclər və idman məsələləri üzrə İşçi Qrupunun 4-cü iclası keçirildi - - FOTO

Türk Şurasının gənclər və idman məsələləri üzrə İşçi Qrupunun 4-cü iclası keçirildi - FOTO

Videoformatda keçirilmiş iclasda ilk olaraq Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münsabəti ilə üzv ölkələrin nümayəndələri tərəfindən  təbrik ünvanlandı.



Daha sonra aşağıdakı məsələlər müzakirə edildi.


2019-cu ildə Bişkek şəhərində keçirlmiş Gənclər və İdman nazirlərinin 4-cü iclasının protokolunun icrası;

COVİD-19 pandemiya dövründə birgə fəaliyyət və əməkdaşlıq;

“Türk Şurası çərçivəsində coxtərəfli və ikitərəfli gənclər və gənclər sahəsində işləyən əməkdaşlar arasında mübadilə proqramları üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi;

İdman Könüllülərinin 1-ci Onlayn Sammitinin keçirilməsi;

Gənc Sahibkarlar Forumunun keçirilməsi;

Türk Şurası Gənclər Platformasının 2-ci Baş Assambleyasının keçirilməsi;

Türk Şurası 4-cü Gənclər Festivalının keçirilməsi;

Türk Şurası 5-ci Beynəlxalq Gənclər Düşərgəsinin keçirilməsi;

Türk Şursı 3-cü Gənc Liderlər Forumunun keçirilməsi

Türk Şurası Könüllülərinin Təlim Proqramının keçirilməsi;

4-cü Dünya Küçəri Oyunlarının keçirilməsi;

2-ci Türk Universitetləri İdman Oyunlarının keçirilməsi.


Sonda Türk Şurası Gənclər və İdman nazirlərinin 5-ci iclasının keçirilməsinə dair fikir və məlumat mübadiləsi aparıldı.   


İclasda Azərbaycanı Gənclər və İdman Nazirliyinin sektor müdirləri Aydın Məmmədov, Fuad Babayev və İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə təmsil ediblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !